Regionda gözlənilən təhlükə: “İran və ya Rusiya məhv edilməsə,…”backend

Regionda gözlənilən təhlükə: “İran və ya Rusiya məhv edilməsə,…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İranın Rusiyanı silahlandırması Tehrana qarşı hərbi əməliyyatların başlaması üçün yetərli səbəbdir”.

Bu sözləri son zamnalar Rusiya və İranın yürütdüyü siyasəti şərh edən politoloq Xəqani Cəfərli İnterpress.az-a açıqlamasında deyib.

O, qeyd edib ki, Rusiya və İrandan ibarət şər cütlüyünü məhv etmək üçün ikisindən birini, xüsusən də zəif olanı məhv etmək lazımdır:

“İranın məhvi Rusiyanın dağılmasını qaçılmaz sonluğa çevirəcək. İranda azadlıqları uğrunda mübarizəyə qalxan xalqların beynəlxalq ictimaiyyətin dəstəyinə ehtiyacı var. Əks halda əliyalın insanların əli qanlı rejimi devirməsi mümkün olmayacaq. İranın Rusiyanı silahlandırması Tehrana qarşı hərbi əməliyyatların başlaması üçün yetərli səbəbdir. Ukrayna, ABŞ, Böyük Britaniya və İsrail İranın Rusiyanı silahlandırmasını BMT Baş Assambleyasının müzakirəsinə çıxarmalı, Tehrana qarşı hərbi əməliyyatların sanksiyalaşdırılmasına nail olmalıdır. Bundan sonra teokratik rejimin siyasi, hərbi və ideoloji mərkəzlərinə hərbi zərbə endirilməlidir. Xarici müdaxilə azadlıqları uğrunda əliyalın üsyana qalxmış xalqın əli qanlı rejim üzərində qələbəsinin təminatı olacaq. Azadlıqları uğrunda mübarizə aparan xalqların qələbəsi İranı və şər cütlüyünü tarixin zibilliyinə göndərəcək. Əks halda şər cütlüyü faciəli hadisələrə səbəb olacaq”.