Reper Vasio azarkeşlərini ALDADIB – “Faciəvi hadisə” planlaşdırılmış səhnədir – FOTO/VİDEObackend

Reper Vasio azarkeşlərini ALDADIB – “Faciəvi hadisə” planlaşdırılmış səhnədir – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rus reper Vasio və onun komandası azarkeşlərini aldadaraq saxta xəbər kampaniyası həyata keçiriblər.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Əvvəl yayılmış məlumatlarda reperin Parisdə hündürlükdən yıxıldığı və ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyi bildirilmişdi.

Lakin sonradan məlum olub ki, bu hadisə qurama performans olub.

Vasio əslində sağ və salamatdır, yayılan videokadrlar isə bu ilin yazında çəkilmiş və heç bir real qəza ilə əlaqəsi yoxdur.

Məqsəd ictimaiyyətin diqqətini cəlb etmək və performansla birlikdə ianə toplamaq imiş.

Hadisə sosial mediada böyük rezonans doğurub, izləyicilər arasında həm tənqid, həm də maraqla qarşılanıb.

Komanda bildirir ki, bu performans sensasiyalara reaksiyanı və media diqqətini ölçmək məqsədini daşıyırmış.

Xuraman Etibarlı

İnterpress.az