Rəşad Dağlı kimdir? – Meyxanaçı haqda bilmədiyiniz MƏLUMATLAR – FOTOLARbackend

Rəşad Dağlı kimdir? – Meyxanaçı haqda bilmədiyiniz MƏLUMATLAR – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 9-da səhər saatlarında meyxanaçı Rəşad Dağlının tanışı İsgəndər Mehdiyevi qətlə yetirməsi sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

R.Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib, iş üzrə istintaq davam edir.

İnterpress.az baş verən bu faciəli hadisədən sonra Rəşad Dağlı ilə bağlı bəzi məlumatları oxucuların diqqətinə çatdırır:

Rəşad Dağlı kimdir?

Əmirov Rəşad Vaqif oğli 1984-cü il aprelin 21-də Yasamal rayonunda anadan olub. Hələ məktəb yaşlarından həvəskar meyxana ilə məşğul olan Rəşad sonradan bu sənətin sirlərinə yiyələnib.

O, 2001-ci və 2011-ci ildə Azərbaycan telekanallarında yayımlanan “De gəlsin” meyxana yarışmasında iştirak edib. 2015-ci ildə ANS TV-də yayımlanan “Maşın Şou” realiti verilişində iştirak edib.

2010-cu ildə Nailə Süleymanzadə ilə ailə qurub. Onun bu cütlükdən Yusif adlı oğlu və Bətül adlı qızı var. 2019-cu ilin avqust ayında Nailə Süleymanzadə Xətai Rayon Məhkəməsinə verdiyi ərizədə Rəşad Dağlıdan ailədaxili münaqişələrdən bezdiyi üçün boşanmaq istədiyini bildirərək, bununla bağlı məhkəməyə müraciət edib.