Ronaldu: “Haqqımda yazılan yüz xəbərdən yalnız beşi doğrudur”backend

Ronaldu: “Haqqımda yazılan yüz xəbərdən yalnız beşi doğrudur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kriştianu Ronaldu mətbuatda gələcəyi ilə bağlı dərc olunan xəbərlərin demək olar ki, hamısının yalan olduğunu bildirib.

“Media yalnız yalan yazır. Mənim öz dəftərçəm var, özüm haqqında xəbərləri qeyd edirəm. Son bir neçə ayda 100 xəbərdən yalnız beşi doğru olub. İndi təsəvvür edin ki, işlər necədir”, – Ronaldo öz “Instagram” səhifəsindəki şərhlərin birində yazıb.

Eyni zamanda o, yaxın bir neçə həftə ərzində gələcək karyerası barədə müsahibənin yayımlanacağını bəyan edib.