“Rublla ödəmə rədd edilsə,…” – Peskovbackend

“Rublla ödəmə rədd edilsə,…” – Peskov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Avropa rublla ödəmədən imtina edərsə, Rusiya təbii qazını pulsuz verməyəcək”.

İnterpress.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın Qərb ölkələri ilə təbii qaz ticarəti üçün ödənişləri rublla etmə qərarı ilə bağlı jurnalistlərə açıqlama verərkən deyib.

Rusiya qazının Qərb ölkələrinə rublla satılması prosesi ilə bağlı işlərin davam etdiyini bildirən Peskov deyib:
““Qazprom və əlaqədar birliklər ödəmə üsulları hazırlayır, bundan sonra dəqiq vaxt və qrafik müəyyənləşəcək”.

Peskov, Avropa ölkələrinin Rusiya qazı üçün rublla ödəməyə razı olmadığı təqdirdə Rusiyanın atacağı addımlarla bağlı “Qazı pulsuz verməyəcəyik, bu dəqiqdir. İndiki vəziyyətimizdə xeyriyyəçilik etmək mümkün və məntiqli deyil” söyləyib.

Xatırladaq ki, Almaniyanın iqtisadiyyat və iqlim mühafizəsi naziri Robert Habek bu gün verdiyi açıqlamada Rusiyanın təbii qaz ödənişlərində rubla keçid tələbinin qəbuledilməz olduğunu bildirib.