Skripkaçı və dirijor Sergey Stadler təyyarədə vəfat edib.
İnterpress.az xəbər verir ki, bu barədə Pegasus Airlines məlumat yayıb.
Tanınmış skripkaçı və dirijor Sergey Stadler təyyarədə dünyasını dəyişib.
Sənətçi Buxarestdə təcili eniş edən təyyarənin göyərtəsində vəfat edib.
Qeyd edək ki, sözügedən reys Sankt-Peterburqdan İstanbula uçarkən sərnişinlərdən birinin səhhətinin pisləşməsi səbəbindən Rumıniyanın paytaxtında təcili eniş etməli olub.
Xuraman Etibarlı
İnterpress.az






