Rus ailələrin Xankəndinə köçürülməsi iddiası: ” Azərbaycan buna imkan verməyəcək”backend

Rus ailələrin Xankəndinə köçürülməsi iddiası: ” Azərbaycan buna imkan verməyəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyanın Qarabağda erməni əhalinin istismar edilərək qızıl yataqlarının qanunsuz istismarına yol açmaq istəməsinə Azərbaycan imkan verməyəcək”.

Bu sözləri Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentindəki hərbçilərin öz ailələrini Xankəndi, Xocalıya köçürəcəyi barədə yayılan iddialara münasibət bildirən siyasi şərhçi Aqşin Kərimov İnterpress.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, 10 Noyabr Bəyanatında belə bir tənzimləmə təsbit edilməyib. Çünki belə addım münasibətlərin normallaşmasını deyil, alovlanmasını təhrik edə bilər:

“Moskva Qarabağdakı erməni əhalinin əli ilə rus icmasını formalaşdırıb gələcək üçün özünü barmaq yeri saxlamağa çalışır. Mümkündür ki, Rusiya iş adamlarını Xankəndiyə köçürsün və biznes epitetləri ilə onların qızıl yataqlarındakı iştirak payını təmin edib orada monopoliya yaratmağa çalışsın. Rusiyanın Qarabağda erməni əhalinin istismar edilərək qızıl yataqlarının qanunsuz istismarına yol açmaq istəməsinə Azərbaycan imkan verməyəcək. Rusiya üçün ən yaxşı hal Azərbaycanla bu mövzuda hüquqi prosedurlara əsaslanan əməkdaşlıqdır. Baş verənlərin anatomiyasına baxmayaraq, Azərbaycanla Rusiya anlaşacaq. Buna Qarabağda status məsələsinin Moskvanın da gündəliyində olmaması təkan verəcək”.