Rusiya 191 şirkətin səhmlərinin ticarətini qadağan edibbackend

Rusiya 191 şirkətin səhmlərinin ticarətini qadağan edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada dost olmayan ölkələrin pay sahibi olduğu 191 şirkətin səhm əməliyyatları qadağan edilib.

İnterpress.az “Bloomberg”ə istinadən bildirir ki, Rusiya prezidenti Vladimir Putinin imzaladığı fərmana əsasən Rusiyada ümumilikdə 191 şirkətin səhm əməliyyatları qadağan olunduğu halda, bu əməliyyatlar yalnız xüsusi icazə ilə həyata keçirilə bilər.

Məhdudiyyətlərin tətbiq olunacağı şirkətlərə Unipro, Fortum, Baker Hughes və Schneider Electric daxildir.

Putinin oktyabrın 26-da imzaladığı digər fərmanla dost olmayan ölkələrə aid 45 bank və bank qurumunun səhm və ya nizamnamə kapitalında əməliyyatlar da qadağan edilib.