Rusiya 96 saata Baltik respublikalarını işğal edə bilər – İddiabackend

Rusiya 96 saata Baltik respublikalarını işğal edə bilər – İddia

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya 96 saat ərzində üç Baltik respublikasını işğal edə bilər.

Amerikanın “War on the Rocks” portalı rus ordusunun logistika imkanlarını araşdırıb.

ABŞ ordusunun istefada olan polkovniki, 10 ilə yaxın İraq, Əfqanıstan və Cənubi Koreyada xidmət keçmiş Aleks Verşinin məqaləsində Rusiya ordusunun 96 saat ərzində üç Baltik respublikasını işğal edə biləcəyini iddia edib.

Məqalədə deyilir ki, Rusiya ordusu əməliyyatların ilk günlərdə qarşıya qoyulan vəzifələri yerinə yetirə bilər, lakin daha sonra material-texniki təchizatla bağlı problemlər yaranacaq və döyüş əməliyyatlarına fasilə veriləcək.

“Rusiya özünün həyati əhəmiyyətli nəqliyyat infrastrukturunu yeniləmədən qarşıya qoyulan vəzifəni tam ölçüdə yerinə yetirə bilməz”, – Aleks Verşinin vurğulayıb.