Rusiya Belarusdan dəmir yolu ilə texnika gətirir – Ukrayna MNbackend

Rusiya Belarusdan dəmir yolu ilə texnika gətirir – Ukrayna MN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Belarus ərazisindən Ukraynaya dəmir yolu ilə hərbi texnika gətirir.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, Ukraynanın şimalında, Polesski istiqamətində ruslar bəzi birliklərini başqa istiqamətlərə köçürmək üçün geri çəkir.

“Bəzi birlikər nəqliyyat kommunikasiyaları boyunca və müvəqqəti işğal olunmuş yaşayış məntəqələrinin kənarındakı mövqelərdə və nəzarət-buraxılış məntəqələrində qalır. Onlar ərazinin və mülki obyektlərin minalanmasını həyata keçirirlər”, – deyə Nazirlik bildirib.

Məlumata görə, artilleriya atəşi və Çerniqovun blokadası, həmçinin Xarkovun atəşə tutulması davam edir.

Donbas bölgəsində rus qoşunları səylərini Mariupol üzərinə hücuma və Luqansk vilayətindəki Rubijne və Popasnaya nəzarəti ələ keçirməyə cəmləyib.