Çayka: Rusiya ilə Ermənistan arasında münasibətlər böyük ailədə olduğu kimi müxtəlif ola bilər.
İnterpress.az xəbər verir ki, bu barədə Rossotrudniçestvo rəhbəri İqor Çayka bildirib.
O qeyd edib ki, Rusiya ilə Ermənistan arasındakı münasibətlər böyük ailədə olduğu kimi müxtəlif xarakter daşıya bilər.
“Normal münasibətlər, böyük bir ailədəki kimi, dəyişir”, – Çayka deyib.
Bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, 2022-ci il hadisələrindən sonra İrəvanın Rusiya ilə strateji tərəfdaşlıqdan danışması çətindir. Bu, onun Ermənistan hökumətinin yeni proqramında Rusiyanın strateji müttəfiq kimi qeyd edilməməsinin səbəbi idi.
Paşinyanın sözlərinə görə, Rusiya və KTMT təhlükəsizlik öhdəliklərini yerinə yetirə bilməyiblər.
Xuraman Etibarlı
İnterpress.az






