Rusiya iyulun 23-dən Özbəkistan məhsullarının idxalına QADAĞA QOYURbackend

Rusiya iyulun 23-dən Özbəkistan məhsullarının idxalına QADAĞA QOYUR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Özbəkistanın beş ixracatçı şirkətindən məhsul idxalını məhdudlaşdırır.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyanın Kənd Təsərrüfatına Nəzarət Qurumu (“Rosselxoznadzor”) iyulun 23-dən etibarən Özbəkistanın beş iri ixracatçı şirkətindən kənd təsərrüfatı məhsullarının idxalına rəsmən məhdudiyyət tətbiq edəcək.

Bu qərarın qəbul edilməsinə səbəb həmin şirkətlər tərəfindən fitosanitar tələblərin mütəmadi olaraq pozulması olub.

Məhdudiyyət tətbiq edilən şirkətlərin ixrac etdiyi əsas məhsullar sırasına kələm, gül kələm, baş soğan, şüyüd, cəfəri, üzüm, çuğundur və pomidor daxildir.

Xuraman Etibarlı

İnterpress.аz