Rusiya-Ukrayna gərginliyində Moldova faktoru: “Qərb  və ABŞ-la danışıqlar aparılır”backend

Rusiya-Ukrayna gərginliyində Moldova faktoru: “Qərb və ABŞ-la danışıqlar aparılır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Moldova Prezidenti Sandunun əsas hədəfi Ukrayna – Rusiya gərginliyinin artması fonunda hərbi əməliyyatla Dnesteryanı bölgəni separatçılardan təmizləməkdir”.

Bu sözləri Rusiya və Ukrayna arasındakı gərginliyin beynəlxalq aləmə mümkün təsirlərini dəyərləndirən politoloq Turan Rzayev İnterpress.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə,

Rusiya və Ukrayna arasındakı gərginlik Moldovada  yaxından izlənilir:

“Moldova Prezidenti Maya Sandu ötən gün Rusiya və Ukrayna arasındakı gərginliklə bağlı mətbuata açıqlama verərkən “vəziyyət çox ciddidir, prosesə təsir gücündə olan siyasi qüvvələr və təşkilatlar problemi dinc yolla həll etməyə çalışırlar. Ümid edirəm ki, bu yolu tapmaq olacaq və vəziyyət daha da pisləşməyəcək” deyib.

Xanım prezident hər nə qədər mövcud vəziyyətdən narahat görünsə də, Rusiyanın Ukrayna məsələsinə fokuslanması Kişinyov üçün əvəzedilməz fürsətdir. Məsələ ondadır ki, Ukrayna kimi Moldova da Kremlin “mətbəx məhsulu” olan Dnesteryanı münaqişə ilə mübarizə aparır.

Rusiya və Ukrayna gərginliyindən Sandu maksimum dərəcədə istifadə etməyə çalışır. Sandunun əsas hədəfi Ukrayna – Rusiya gərginliyinin artması fonunda hərbi əməliyyatla Dnesteryanı bölgəni separatçılardan təmizləməkdir. Sandu anlayır ki, belə bir fürsət Moldovanın əlinə bir də düşməyəcək. Buna görə də Rusiya-Ukrayna gərginliyindən istifadə edərək Dnesteryanıya hərbi müdaxilə etmək üçün Qərblə və ABŞ-la danışıqlar aparır”.

Gülşən