Ukrayna Silahlı Qüvvələrinin müxtəlif səviyyəli 28 hərbi rəhbəri Rusiya Federasiyasında axtarışa verilib.
İnterpress.az xəbər verir ki, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin bu barədə Sankt-Peterburqda keçirilən Beynəlxalq Gənclər Hüquq Forumunun plenar iclasında məlumat verib.
Bastrıkin deyib ki, Ukrayna Silahlı Qüvvələrinin müxtəlif səviyyəli 28 hərbi rəhbəri Rusiya Federasiyasında axtarışa verilib.
Xuraman Etibarlı
İnterpress.az