Rusiya və Şimali Koreya arasında körpü tikintisi BAŞA ÇATDI – FOTO/VİDEObackend

Rusiya və Şimali Koreya arasında körpü tikintisi BAŞA ÇATDI – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və KXDR arasında körpü tikintisi başa çatıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyi məlumat yayıb.

Rusiya ilə Şimali Koreya (KXDR) sərhədində, Tumannaya çayı üzərində körpünün konstruksiyaları birləşdirilib.

Bu layihə sayəsində iki ölkə arasında ilk dəfə olaraq avtomobil yolu əlaqəsi yaranacaq.

Hazırda Rusiya və Şimali Koreya arasında yalnız dəmir yolu marşrutu mövcuddur.

Qeyd olunur ki, yeni körpünün istifadəyə verilməsi cari ilin yay aylarına planlaşdırılır.

Xuraman Etibarlı

İnterpress.az