Zelenski 150-150 məhbus mübadiləsinin baş verdiyini bildirib.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna mediası yazıb. Yermak və Zelenski bildiriblər ki, Ukrayna tərəfi 150 hərbçi qəbul edib.
Daha sonra “150-yə 150” düsturuna görə mübadilə Rusiya Müdafiə Nazirliyi tərəfindən təsdiqlənib.
“25-ə 25” formuluna əsasən sonuncu məhbus mübadiləsi tərəflər arasında yanvar ayında həyata keçirilib.
Ukrayna prezidenti Volodimir Zelenski də 150 ukraynalı hərbçinin geri qaytarıldığını açıqlayıb. Lakin hər iki mesaj – Yermakın və dövlət başçısının mesajları sonradan onların Telegram kanallarından yoxa çıxıb.
Xuraman Etibarlı
İnterpress.az