Rusiyada helikopter qəzası: Bir ölü, iki yaralıbackend

Rusiyada helikopter qəzası: Bir ölü, iki yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Rusiyanın Kalininqrad vilayətində FHN-ə məxsus Ka-32 helikopteri sərt eniş edib.

“RİA Novosti”nin məlumatına görə, hadisə nəticəsində bir nəfər heyət üzvü həlak olub, iki nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar.

İnsident Polesk şəhərindən 5 km aralıda baş verib.

Qəzanın təfərrüatları araşdırılır.

 

 

İnterpress.az