Rusiyada silahlı hücum hazırlayan terror qruplaşmasının 8 üzvü SAXLANILDIbackend

Rusiyada silahlı hücum hazırlayan terror qruplaşmasının 8 üzvü SAXLANILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kabardin-Balkarda silahlı hücum hazırlayan terror qruplaşmasının 8 üzvü saxlanılıb.

İnterpress.az xəbər verir ki, Rusiyanın Kabardin-Balkar Respublikasında hüquq-mühafizə orqanlarının birgə əməliyyatı nəticəsində terror qruplaşmasının səkkiz üzvü saxlanılıb.

Məlumata görə, əməliyyat Rusiya Federal Təhlükəsizlik Xidməti, Rusiya Daxili İşlər Nazirliyi və Rusiya Milli Qvardiyası əməkdaşlarının iştirakı ilə keçirilib.

İlkin araşdırmaya əsasən, saxlanılan şəxslər silah ələ keçirmək məqsədilə hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı silahlı hücumlar hazırlayıblar.

Faktla bağlı araşdırma aparılır.

Xuraman Etibarlı

İnterpress.az