Rusiyada terrorun QARŞISI ALINDI: Almaniya vətəndaşı SAXLANILDI – VİDEObackend

Rusiyada terrorun QARŞISI ALINDI: Almaniya vətəndaşı SAXLANILDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya vətəndaşı Pyatiqorskda terror aktı törətməyə cəhd edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Almaniya vətəndaşı olan bir qadın Pyatiqorsk şəhərində güc strukturlarının obyektini partlatmağa hazırlaşıb.

İstintaqın məlumatına görə, o, bu tapşırığı Ukrayna xüsusi xidmət orqanlarından alıb.

Qadının çantasında trotil ekvivalentində 1,5 kq gücündə partlayıcı qurğu aşkar edilib.

Aksiyanın digər iştirakçısı olan Orta Asiyadan olan miqrantın bombanı məsafədən idarəetmə ilə işə salması planlaşdırılıb.

Terror aktının səhər saatlarında, insanların çox olduğu vaxtda daha çox tələfat törətmək məqsədilə həyata keçirilməsi nəzərdə tutulurdu.

İcraçı qadının partlayış nəticəsində hadisə yerindəcə ölməsi planlaşdırılırdı.

Hər iki şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və onlar törətdikləri əməli etiraf ediblər.

Xuraman Etibarlı

İnterpress.az