Taqanroqdakı üçlü qətldə şübhəli bilinən şəxsin meyiti meşə zolağında tapılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Rusiyanın Taqanroq şəhərində törədilmiş amansız üçlü qətl hadisəsi ilə bağlı yeni təfərrüatlar məlum olub.
Cinayəti törətməkdə şübhəli bilinən şəxslərdən birinin meyiti meşə zolağında intihar əlamətləri ilə tapılıb. Hüquq-mühafizə orqanları onun özünə qəsd etdiyini ehtimal edirlər.
Məlumata görə, iş üzrə daha əvvəl saxlanılmış 44 yaşlı digər şübhəli şəxs intihar edən həmin fiqurantın doğma oğludur.
Hazırda faktla bağlı başlanmış cinayət işi çərçivəsində istintaq və araşdırma tədbirləri davam etdirilir.
Xuraman Etibarlı
İnterpress.az






