Rusiyadan kütləvi çıxış məhdudlaşdırılır, elektron çağırış vərəqələri səbəbindən gənclər ölkədən buraxılmır.
İnterpress.az xəbər verir ki, Rusiyada hərbi çağırışla bağlı yeni məhdudiyyətlər qüvvəyə minib.
Elektron çağırış vərəqələrinin reyestrinə daxil edilən gənclərə ölkədən çıxmaq qadağan olunur.
Məlumata görə, bu məhdudiyyət yalnız çağırışçının şəxsən hərbi komissarlığa müraciət etməsindən sonra aradan qaldırıla bilər.
Qanuna əsasən, çağırış vərəqəsini nəzərə almayan şəxslər 27 gündən sonra bir sıra hüquqlardan da məhrum edilirlər.
Onlara avtomobil idarə etmək, kredit götürmək, əmlakla əməliyyat aparmaq və digər maliyyə əməliyyatlarını həyata keçirmək qadağan olunur.
Xuraman Etibarlı
İnterpress.az