Rusiyalı turist İndoneziyada mafiya tərəfindən girov götürülüb.
İnterpress.az xəbər verir ki, bu barədə “112” məlumat yayıb.
İndoneziyada istirahətdə olan rusiyalı turist Natalya adlı gənc qız yerli kriminal avtoritetin əsirinə çevrilib.
Yanvar ayında İndoneziyaya istirahətə gedən qız orada bir kişi ilə tanış olub. Sonradan məlum olub ki, həmin şəxsin yerli mafiya ilə əlaqələri var.
Natalya ölkəni tərk etmək istədikdə, o, zorla saxlanılmağa başlanılıb.
Natalyanın qardaşı Vyaçeslav bildirib ki, Rusiyanın Cakarta şəhərindəki konsulluğu bacısını xilas etmək üçün artıq hərəkətə keçib və onu saxlanc yerindən götürmək üçün xüsusi avtomobil ayırıb.
Lakin qızın özü həyatından ciddi narahatlıq keçirir. O, iddia edir ki, oğru onu və onu xilas etməyə gələnləri, hətta diplomatları belə öldürməklə hədələyir.
Hazırda ailəsi rusiyalı turistin sağ-salamat vətənə qaytarılması üçün bütün imkanları səfərbər edib.
Xuraman Etibarlı
İnterpress.az






