Saxalində Rusiyanın 23 kilometr uzunluğunda ən uzun kömür kəməri alovlanıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilir ki, Saxalinin Uqleqorsk rayonunda magistral kömür konveyerində yanğın baş verib.
“Nikolskoye kəndi yaxınlığında Saxalində ölkənin ən uzun əsas kömür konveyeri yanıb”, – məlumatda deyilir.
Xilasedicilərin sözlərinə görə, yanğının uzunluğu 200 metr olub. Yanğın lokallaşdırılıb.
Ölən və yaralananlar barədə məlumat yoxdur.
Xuraman Etibarlı
İnterpress.az