Rusiyanın axtarışında olan gürcü vətəndaşı Ermənistanda AZAD EDİLDİbackend

Rusiyanın axtarışında olan gürcü vətəndaşı Ermənistanda AZAD EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda saxlanılan və Rusiya tərəfindən axtarışa verilmiş 29 yaşlı Giorgi Kioniani 36 günlük həbsdən sonra azadlığa buraxılıb.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Kioniani Rusiyanın dəstəklədiyi özünü “Donetsk Xalq Respublikası” adlandıran qurumun məhkəmə qərarına əsasən, Ukrayna tərəfində döyüşlərdə iştirak etdiyinə görə axtarılırdı.

Onun ekstradisiyasına qarşı Vanadzor Həlsinki Vətəndaş Assambleyası və təşkilatın hüquqşünası Ani Çatinyan mübarizə aparıb. Qurum məsələni hətta Avropa İnsan Hüquqları Məhkəməsinə daşıyıb.

Ani Çatinyanın sözlərinə görə, Kioniani “geri qaytarılmama prinsipi” əsasında azad edilib. Bu prinsipə görə, şəxs onu işgəncə və təqib gözləyən ölkəyə təhvil verilə bilməz.

Ermənistan məhkəməsinin qərarı beynəlxalq hüquq normalarının qorunması baxımından mühüm addım kimi qiymətləndirilir.

Xuraman Etibarlı

İnterpress.az