Rusiyanın bu gün səhər saatlarında bombaladığı Ukrayna şəhərlərinin görüntüləri yayılıb.
İnterpress.az görüntüləri təqdim edir:
Qeyd edək ki, bu gün səhər saatlarında Rusiya Ukraynanın paytaxtı Kiyevə, həmçinin Jitomir, Xmelnitsk, Ternopol, Dnepr və Lvov vilayətlərinə raket zərbələri endirib. Raketlərdən biri Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin yaxınlığına düşüb. Rusiyanın raket hücumu məticəsində 70-ə yaxın obyektə ziyan dəyib. Nəticədə 11 nəfər ölüb, 64 nəfər yaralanıb. Hava hucumu zamanı 29 strateji infrastruktur obyekti, 4 çoxmərtəbəli bina, 35 fərdi yaşayış evi və 1 məktəb zərər görüb.









