Rusiyaya qarşı yeni sanksiyalar qüvvəyə mindibackend

Rusiyaya qarşı yeni sanksiyalar qüvvəyə mindi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqının Rusiyaya qarşı beşinci sanksiyalar paketi təşkilatın rəsmi jurnalında dərc olunub.

İnterpress.az xəbər verir ki, sanksiyalar “Sberbank”ın rəhbəri German Qref və rusiyalı iş adamı Oleq Deripaskaya şamil edilib.

Sanksiyalar VTB, “Novikombank”, “Sovcombank”, “Otkritie”, “Russian Machines”, “United Engine Corporation”, STLC, “Kalaşnikov” konserni, eləcə də bir sıra gəmiqayırma, hərbi sənaye, maşınqayırma və nəqliyyat şirkətlərinə tətbiq olunub.

Sanksiyaya məruz qalan şəxslər arasında iş adamları İqor və Boris Rotenberq, Süleyman Kərimovun oğlu Səid, Vladimir Boqdanov (Surqutnefteqaz), Aleksandr Şulqin (Ozon) və başqaları var.

Qeyd edək ki, bu gün, aprelin 8-də Avropa İttifaqının Rusiyaya tətbiq etdiyi sanksiyaların beşinci paketi qüvvəyə minib. Avropa Komissiyasının sözçüsü Erik Mamer bildirib ki, Aİ Rusiya oliqarxlarının helikopterlərini, yaxtalarını, daşınmaz əmlakını və digər aktivlərini dondurub.