Rustavidə 4 nəfərin qətli ilə bağlı iş üzrə Qiorqi Orvelaşvili və qardaşı barəsində həbs-qətimkan tədbiri seçilib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Qərarı Rustavi Şəhər Məhkəməsinin hakimi Yekaterine Partenişvili verib.
Xatırladırıq ki, Rustavidə İstanbul bazarında silahlı atışma nəticəsində 4 nəfər ölüb, 1 nəfər yaralanıb.