Rüşvət qarşılığında 5 mənzil alan keçmiş mer SAXLANILDIbackend

Rüşvət qarşılığında 5 mənzil alan keçmiş mer SAXLANILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kaspiyskin keçmiş meri rüşvət ittihamı ilə saxlanılıb.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Dağıstanın Kaspiysk şəhərinin keçmiş meri Boris Qontsov rüşvət almaqda ittiham olunaraq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Keçmiş mer ümumi dəyəri 18 milyon rubldan (təxminən 390 min manat) çox olan beş mənzili rüşvət qismində mənimsəməkdə şübhəli bilinir.

İstintaqın ilkin məlumatına görə, Qontsov qanunsuz yollarla rüşvət kimi əldə etdiyi həmin mənzilləri öz adına deyil, qabaqcadan etibar etdiyi və yaxın münasibətdə olduğu şəxslərin adına sənədləşdirib.

Faktla bağlı külli miqdarda rüşvət alma maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda sabiq merin evində axtarışlar aparılır, istintaq hərəkətləri davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.аz