Saç əkimindən sonra alman influenserin başı şişib, görmə qabiliyyəti zəifləyib
İnterpress.az xəbər verir ki, bu barədə BILD məlumat yayıb.
Alman bloqer və rusiyalı stilistin həyat yoldaşı Maks Yakobaş saç əkimi əməliyyatından sonra başında güclü şişkinlik yaranması ilə üzləşib.
Şişkinlik o qədər artıb ki, göz qapaqları tamamilə şişib və onun görmə qabiliyyəti ciddi şəkildə pisləşib.
Yakobaş baş verənlərə özü səbəb olduğunu etiraf edib.
O, əməliyyatdan sonra həkimlərin tövsiyələrinə tam əməl etməyib, ödemə qarşı dərmanları müntəzəm qəbul etməyib, xüsusi sarğı taxmayıb və yataq rejimi əvəzinə Moskvada uzun müddət gəzib.
Xuraman Etibarlı
İnterpress.az






