Şadlıq saraylarında menyuların qiyməti bahalaşıbbackend

Şadlıq saraylarında menyuların qiyməti bahalaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda şadlıq saraylarında qiymət artımları qeydə alınıb.

İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) Trend-ə verilən məlumata görə, toyların keçirilməsi qaydaları ilə bağlı qadağanın yumşaldılmasından sonra qiymət və keyfiyyət üzrə monitorinq aparılıb.

Montironqinə görə, qaydalar yumşalandan sonrakı dövrdə menyuların qiyməti orta hesabla 7 faizədək bahalaşıb. 40 manatadək olan menyularda qiymət artımlar 5 faiz, 40-80 manat arasındakı menyularda 7 faiz, 80 manatdan yüksək qiymət təklif edilən menyualarda isə artım 9 faiz olub.