Şahbaz Quliyevin qardaşı: Məktubda təkcə bunu yazırbackend

Şahbaz Quliyevin qardaşı: Məktubda təkcə bunu yazır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təxminən bir həftə, on gün əvvəl Beynəlxalq Qırmızı Xaç Komitəsindən bizə bildirdilər ki, hazırda erməni əsirliyində olan qardaşım Şahbaz Quliyevi ziyarət ediblər. Əlavə nəsə demədilər.

Bunu hazırda erməni əsirliyində olan Şahbaz Quliyevin qardaşı İlham Quliyev deyib.

O bildirib ki, qardaşı ara-sıra məktub yazıb, doğmalarından xəbər tutur:

“Bu məktublar da hər dəfə yox, ayda-ildə bir dəfə gəlir. Vəziyyətinin yaxşı olduğunu yazır. Əlavə nəsə yazmağa qoymurlar”.

 

İnterpress.az