Sakinlərlə tikinti şirkəti arasında qalmaqal: “Evimizi başımıza uçururlar”backend

Sakinlərlə tikinti şirkəti arasında qalmaqal:“Evimizi başımıza uçururlar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəsimi rayonundakı Ruhulla Axundov 15  küçəsinin sakinləri yaşadıqları binadan məcburi köçürülür. Sakinlərin sözlərinə görə, bu köçürülmə onlarla razılaşdırılmayıb. Söküntünü həyata keçirən şirkət  binanı xəbərdarlıq etmədən, yaşayış olduğu halda sökməyə başlayıb. 

Bu barədə İnterpress.az-a əməkdaşına bina sakinləri danışıblar.

Köçürmə “Maşınqayıran” MTK tərəfindən aparılır. Binada yaşayan bir çox ailə köçürülsə də, bir neçə ailə mənzillə təmin olunmayıb. Sakinlər tikinti şirkətindən onları yeni mənzillə təmin etmələrini tələb ediblər.

Sakinlər bizimlə söhbətdə binada söküntü işlərinə başlanıldığını dedilər: “Məqsədləri bir neçə binanı söküb, yerində çoxmərtəbəli bina tikməkdir. Şirkət deyir ki, sənədlərimiz qaydasındadır, bizə mane olmayın. Axı, binada yaşayış olduğu halda necə söküntü işi aparıla bilər? Bunların fikri bizi buradan didərgin salaraq dövlətimizdən və Müzəffər Ali Baş Komandanımızdan narazı salmaqdır. Amma onlar əmin olsun ki, biz dövlətimizə və Prezidentimizə güvənirik. Əminik ki, aidiyyatı orqanlar bizləri özlərini qoçu kimi aparan şirkətin əlində buraxmayacaqlar. Biz öz haqqımız olan kompensasiya və yaxud mənzildir. “