Salyanda avtomobil beton dirəyə çırpıldı, üç nəfər xəsarət aldıbackend

Salyanda avtomobil beton dirəyə çırpıldı, üç nəfər xəsarət aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Salyanda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İNTERPRESS.AZ xəbər verir ki, hadisə rayonun Stansiya yaşayış massivində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Azsamand” markalı avtomobil anidən idarəetmədən çıxıb və yolun kənarındakı beton dirəyə çırpılıb.

Qəza nəticəsində Salyan şəhər, 20 yanvar küçəsinin sakinləri, 2002-ci il təvəllüdlü Tağızadə Fərhad İlqar oğlu, 2000-ci il təvəllüdlü Babayev Etibar İlqar oğlu və 2002-ci il təvəllüdlü Cavadov Vüqar Əlisahib oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.