Şamaxıda Şahmat üzrə “Könüllülər kuboku” keçirilibbackend

Şamaxıda Şahmat üzrə “Könüllülər kuboku” keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şamaxıda şahmat üzrə Şahmat üzrə “Könüllülər kuboku” keçirilib

İnterpress.az xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan İdman Könüllüləri İctimai Birliyi ilə birgə təsdiq olunmuş Əsasnaməyə uyğun olaraq 25 avqust 2020-ci il tarixində Şamaxı rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə rayonun könüllüləri arasında Şahmat İdman növü üzrə “Könüllülər kuboku” keçirildi. Yarış Koronavirus “COVİD -19” pandemiyası ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın tələblərinə uyğun olaraq rayonun Heydər Əliyev Parkında (açıq havada) təşkil olundu. Keçirilən yarışa rayonda fəaliyyət göstərən idarə, müəssisə təşkilatlarda çalışan könüllülər qatılmışdır. Tədbiri rayon Gənclər və İdman idarəsinin rəisi Şahmar Hüseynov açıq elan etdikdən yarışa start veridi. Gərgin və çox maraqlı keçən şahmat mübarizəsinin sonunda qaliblər müəyyən olundu. Belə ki, Şamaxı rayon Təhsil şöbəsinin könüllüləri I-yerə, rayonun Göylər kənd Bələdiyyəsinin könüllüləri II-yerə və Şamaxı regional “ASAN xidmət” mərkəzinin könüllüləri isə III-yerə layiq görüldülər. Qalib gəlmiş komandalar Şamaxı rayon Gənclər və idman idarəsinin müvafiq diplomları ilə təltif olundular.

 

İnterpress.az