Səfir: “Gürcüstandakı soydaşlarımız da Azərbaycanın zəfərlərinə sevinirlər”backend

Səfir: “Gürcüstandakı soydaşlarımız da Azərbaycanın zəfərlərinə sevinirlər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Bu gün Azərbaycan üçün ikiqat bayramdır. Həm zəfər bayramı, həm də Dövlət Bayrağı Günü qeyd olunur”.

İnterpress.az xəbər verir ki, bunu Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev jurnalistlərə açıqlamasında deyib.

O, Gürcüstanda yaşayan soydaşlarımızı bayramlar münasibətilə təbrik edib: “Yüzlərlə soydaşımız səfirliyə zəng vuraraq Azərbaycan dövlətinə dəstəklərini ifadə edirlər, qələbə sevinclərini bölüşülər. Ümidvarıq ki, qələbə günlərimiz çox olacaq, işğal altındakı bütün torpaqlarımız azad olunacaq və biz əzəli torpaqlarımıza qayıdacağıq”.
Səfirin sözlərinə görə, Gürcüstandakı soydaşlarımız da Ordumuz və Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşiblər: “Gürcüstanın müxtəlif bölgələrində yaşayan azərbaycanlılar Azərbaycanla həmrəylik və dəstək göstərirlər. Buna görə soydaşlarımıza Azərbaycan dövləti adından təşəkkür edirik”.
İnterpress.az