Səfir şəhid uşaqlarını yay düşərgəsinə yola saldıbackend

Səfir şəhid uşaqlarını yay düşərgəsinə yola saldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TİKA Bakı Koordinatorluğunun Azərbaycanda həyata keçirtdiyi layihələr çərçivəsində Oğuz rayonunda şəhid və qazi ailələri, məcburi köçkün ailələri, o cümədən müharibə bölgəsinə yaxın ərazilərdə yaşayan ailələrin uşaqları üçün iki həftəlik yay düşərgəsi təşkil olunub.

Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı öz rəsmi Tvitter səhifəsində məlumat yayıb.

“Qarabağ şəhidləri və qazilərimizin övladlarını Oğuz rayonunda təşkil olunmuş yay düşərgəsinə hədiyyələrlə yola saldıq”, – səfir bildirib.

Qeyd edək ki, Türkiyənin Azərbaycandakı səfirliyində uşaqların iştirakı ilə keçirilən görüşdə səfir Cahid Bağcının xanımı Leyla Bağcı və Bakı TİKA Koordinatoru Teoman Tiryaki də iştirak ediblər.