Şəhid qardaşların ailəsində daha bir faciə – FOTObackend

Şəhid qardaşların ailəsində daha bir faciə – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətən müharibəsi şəhidi Musa Həsənovun kiçik qızı İnci vəfat edib.

Bu barədə Lent.az-a şəhidin anası Nəhayət Həsənova məlumat verib.

O bildirib ki, İnci 1 yaş 3 aylıq olanda dünyasını dəyişib:

“Doğulanda problemli olmuşdu. Ancaq müalicəsi tədricən gedirdi. Sonra iki oğlum şəhid oldu, 2 ay onları axtardım. Bununla da İncinin müalicəsi dayandı. Sonra Türkiyədəki həkimə sənədləri göndərdim. Dedi ki, artıq gecdir. Həm də onun gözü görmürdü və başqa problemləri də var idi. Həkimlər deyirdi ki, yaşasa da, 2 yaşadək yaşayacaq. İki oğlumdan sonra nəvəmi də itirdim”.

“İncinin atası Musa sentyabrın 29-u şəhid olmuşdu. Amma noyabrın 5-i onu gətirdilər. Böyük oğlum Tural isə ötən ilin bu günü şəhid olmuşdu. Dekabrın 9-da da onu gətirdilər. İki oğul Turalın, iki qız Musanın idi. İnci öləndən sonra Musanın bir qızı qaldı. İndi bizim təsəllimiz onlardır”, – deyə N.Həsənova qeyd edib.