Şəkidə avtomobillər toqquşub, xəsarət alan varbackend

Şəkidə avtomobillər toqquşub, xəsarət alan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəki rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Salman Mümtaz küçəsində qeydə alınıb.

Belə ki, Şəki rayon sakini Xəzər Nəbiyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobil Aləm Süleymanovun sükanı arxasında olduğu “VAZ-2107” markalı avtomobillə toqquşub. Nəticədə Aləm Süleymanov və daha bir sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

 

 

 

İnterpress.az