SEPAH donanması Fars körfəzi sularında təxminən 100 min litr qaçaqmal yanacaq daşıyan gəmini ələ keçirib.
İnterpress.az xəbər verir ki, bu barədə İslam İnqilabı İranın İSNA xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) donanması Fars körfəzi sularında təxminən 100 min litr qaçaqmal yanacaq daşıyan gəmini ələ keçirib.
Gəmidə 6 nəfərin olduğu, onların hamısının həbs edildiyi bildirilir. Onların milliyyəti göstərilmir.
Xuraman Etibarlı
İnterpress.az