“Təltif olunmağım barədə sərəncamı mətbuatdan oxudum”.
İnterpress.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilən deputat Vahid Əhmədov deyib.
O, Prezident İlham Əliyevə təşəkkür etdiyini bildirib:
“Sərəncamı mətbuatdan oxudum. Dövlət başçısına fəaliyyətimə verdiyi qiymətə görə minnətdaram”.
Qeyd edək ki, Prezidentin bu gün imzaladığı sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Vahid Qazməmməd oğlu Əhmədov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.