Sərxoş sürücü dayanacaqda 7 nəfəri VURDU – VİDEObackend

Sərxoş sürücü dayanacaqda 7 nəfəri VURDU – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Novosibirskdə sərxoş sürücü avtobus dayanacağında 7 nəfəri vurub.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiyanın Novosibirsk şəhərində sərxoş vəziyyətdə olan karşerinq sürücüsü yeddi nəfəri vurub.

Qəza bu axşam Kirov küçəsində baş verib. Yüksək sürətlə hərəkət edən “Volkswagen Polo” markalı “Delimobil” avtomobili “Oktyabr ticarət mərkəzi” dayanacağına çırpılaraq insanları vurub, daha sonra dönər köşkünə dəyib.

Məlumata görə, avtomobildə üç gənc olub — 18 yaşlı sürücü və onun sərnişinləri ciddi xəsarət almayıblar.

Yaralananlar arasında bir neçə orta yaşlı qadın, bir kişi və 11 yaşlı uşaq var.

Xuraman Etibarlı

İnterpress.az