SİHALAR sayəsində Moskva iki dəfə düşünürbackend

SİHALAR sayəsində Moskva iki dəfə düşünür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna müdafiə kəşfiyyatının rəhbəri açıqlama verib. Rusiyanın görünməmiş miqyaslı hücuma hazırlaşdığını açıqlayan ukraynalı general Budanov əldə etdikləri kəşfiyyat məlumatlarına görə hücumun tarixini də açıqlayıb. Digər tərəfdən, Belarus-Polşa sərhədində başlayan miqrant böhranı hərbi müstəviyə keçir.Türküstan.az xəbər verir ki, Rusiya mətbuatında yer alan xəbərlərdə çoxlu sayda avtomobilin göndərildiyi NATO-nun zirehli texnikası və raket sistemlərinin görüntüləri zəlzələ effekti yaradıb.

Belarusdan Polşaya girməyə çalışan minlərlə qaçqın yenidən Qərblə Rusiyanı üz-üzə qoydu. Hər iki tərəf bir-birini günahlandırsa da, Rusiya mətbuatında dərc olunan son görüntülər müharibə narahatlığını artırıb.

 

ƏSGƏRLƏR MÜHARİBƏ ƏMƏRİNİ GÖZLƏYİR Mövcud vəziyyəti nəzərə alan ekspertlər hesab edir ki, Belarus yaxın günlərdə Rusiya ordusundan hərbi texnikasını Polşa sərhədinə köçürməyi xahiş edə bilər. Bir neçə min hərbi texnika artıq Yelnya yaxınlığındadır və döyüşə hazırdır, əmr gözləyir.

RUSİYA HÜCUMU YANVARDA BAŞLAYACAQ

Hücumun 2022-ci ilin yanvar ayının sonunda başlayacağını qeyd edən ukraynalı general, “Lakin belə bir hücumun ardınca ilk növbədə Ukraynada sabitliyi pozmaq və onun döyüş qabiliyyətini sarsıtmağa hesablanmış bir sıra psixoloji əməliyyatlar keçiriləcək” deyib.

ABŞ və Ukrayna kəşfiyyatının Rusiyanın hücumunun vaxtı ilə bağlı qiymətləndirmələrinin çox oxşar olduğunu söyləyən Budanov, “Bizim qiymətləndirmələrimiz amerikalı həmkarlarımızla demək olar ki, eynidir” dedi.

 

SİHALARIN SAYƏSİNDƏ MOSKVA İKİ DƏFƏ DÜŞÜNÜR

Cümə axşamı Reznikovla görüşdən sonra Ostin deyib ki, Birləşmiş Ştatlar “Rusiyanın təcavüzünə qarşı ümumi prioritetimizi irəlilətməyə davam edəcək və Qara dəniz təhlükəsizliyi, kibermüdafiə və kəşfiyyat məlumatlarının mübadiləsi kimi sahələrdə əməkdaşlığımızı dərinləşdirəcək”.

Budanov, Rusiya separatçı artilleriya birliklərinə qarşı istifadə edilən Türkiyə istehsalı olan İHA-ların mühüm psixoloji çəkindirici dəyərə malik olduğunu və rusları hücum etmək barədə iki dəfə düşünməyə vadar etdiyini, lakin yenə də Ukraynanın ABŞ-ın daha çox köməyinə ehtiyacı olduğunu vurğulayıb.