Silahlı şəxslər Ali məhkəmə sədrinin arvadını qaçırıbbackend

Silahlı şəxslər Ali məhkəmə sədrinin arvadını qaçırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mülki geyimli və maskalı silahlı şəxslər Çeçenistan Ali Məhkəməsinin keçmiş hakimi Səidi Yanqulbayevin evinə soxularaq onun həyat yoldaşı Zarema Musayevanı qaçırıblar.

Bu barədə “İşgəncələrə Qarşı Komitə”nin “Telegram” kanalı məlumat yayıb.

Mənzilə basqın edənlər özlərini Çeçenistan Daxili İşlər Nazirliyinin əməkdaşları kimi təqdim ediblər. Onlar istefada olan Yanqulbayevin özünü aparmağa cəhd ediblər.

Hadisə zamanı keçmiş hakimin həyat yoldaşı Zarema Musayeva huşunu itirib. Bundan istifadə edən silahlı şəxslər onu mənzildən qaçırıblar.

Məlumata görə, qadın şəkərli diabet xəstəsidir, onun daimi insulin inyeksiyalarına ehtiyacı var və artıq bu iynələrdən birinin vaxtının keçdiyi düşünülür. Onda həmçinin respirator xəstəliyinin əlamətləri olub, həyat yoldaşı qaçırılan gün keçmiş hakim koronavirus testindən keçirmiş.