KXDR növbəti dəfə ballistik raket buraxıb.
İnterpress.az-ın xəbərinə görə, bu barədə Yaponiyanın NHK televiziyası məlumat yayıb.
Qeyd olunur ki, artıq Yaponiyanın Müdafiə Nazirliyi məsələ ilə bağlı informasiyanın təhlilinə başlayıb.
Qeyd edək ki, martın əvvəlində Şimali Koreya lideri komandanlarına Üçüncü Dünya Müharibəsinə hazırlaşmağı tapşırıb.
Şimali Koreya lideri Əmək Partiyasının üzvlərinə səfərbərliyə hazır olmaları barədə tapşırıq verib.