Şimali Koreya lideri ilk dəfə qızı ilə görüntülənib – FOTOLARbackend

Şimali Koreya lideri ilk dəfə qızı ilə görüntülənib – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya lideri Kim Çen In dünən qitələrarası idarə olunan raket sınağını izləyərkən qızı ilə ilk dəfə kameralar qarşısına keçib.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Şimali Koreyanın KCNA xəbər agentliyi sınaqla bağlı xəbərlərində paytaxt Pxenyan hava limanında qurulan raket platformasının ətrafında Kim və adı açıqlanmayan oğlanın fotoşəkillərini yerləşdirib.

Qeyd edək ki, Şimali Koreyanın dövlət mediası 2012-ci ilin iyulunda Kim və Rinin evliliyini açıqlamışdı.

Kimin həyat yoldaşı Ri 2018-ci ildən sonra dövlət mediasında “hörmətli birinci xanım” kimi qeyd edilməyə başlayıb. Rinin 2012-ci ildə hamilə olduğu iddia edilir.

İnterpress.az