“Sizi adam yerinə qoyan olmayıb” – Natavandan Fatimə və Nadirəbackend

“Sizi adam yerinə qoyan olmayıb” – Natavandan Fatimə və Nadirə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mənə əziz olmayan şou əhli, sözüm sizlərədir. Gedin, heç kimə lazım olmayan işinizlə məşğul olun. Qudurmayın! Dostluq etmək, məclisə qatılmaq istəmədiklərim, özünüzə hörmət qoyun”.

İnterpress.az xəbər verir ki, bu sözləri müğənni Natavan Həbibi sosial şəbəkədə yazıb. Sənətçi onun haqda danışan müğənni Nadir Qafarzadə və rəqqasə Fatimə Fətəliyevaya cavab verib:

“Kamera qarşısında şirə dönməyin, tanıyırıq hamınızı. Mənim efirə çıxmağımın ilk səbəbi elə siz olacaqsınız. Sizi tanımayanlara sizi tanıdacağam. Maskalarınızı çıxardın! Haqıımı, haqqınızı istədiyim yerdə haqqıma girdiniz. Allah ağıl versin. Sizə elə bu da azdır. Sizi adam, insan, sənətçi, sənətkar yerinə qoyan olmayıb, elə də qalacaqsınız. Qulluqçu, kloun vəziyyətində. Özünüz özünüzə hörmət qoymadınız. Aparıcıların kanal işçilərinin köməkçiləri kimi danışdınız. Öz haqqınızı tapdaladınız, bizə qarşı çıxmaqla. Nə gündəsiniz?”.

Qeyd edək ki, müğənnilər Xatirə İslam, Natavan Həbibi verilişlərə çıxmaq üçün kanal rəhbərlərindən qonorar istəyib. Bir neçə gün əvvəl Fatimə onların ünvanına “Siz əlçatmaz deyilsiniz” açıqlamasını verib. Nadir Qafarzadə isə Natavana “Natavanın son zamanlar ulduzluğu tutub. Dostlarını da saymır, unudub. Elə insanlar var uzunmüddətli dostluğu bacarmır. Dostuyla düşmənini ayırmır” sözlərini söyləyib. (axsam.az)