Sizi nə xoşbəxt edirsə…backend

Sizi nə xoşbəxt edirsə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xoşbəxt olmaq üçün, özümüzü xoşbəxt hiss etmək üçün hər əziyyəti çəkirik, bəzən də heç nə etmirik. O, özü gəlib bizi tapır.

Ya da biz özümüzü belə aldadırıq. Az bir qismi çıxmaqla bəlkə də heç kim onu xoşbəxt edəcək nəyisə tapa bilmir. Ya da tapıb büruzə vermir. Axı onu xoşbəxt edən şey əslində başqaları üçün çox biabırçı hərəkət ola bilər.

Hər kəs xoşbəxtliyini nədəsə tapır, kimisi mazoxistlikdə, kimisi qeybətdə, başqalarını izləməkdə, hətta şər atanda xoşbəxt olur. Bəs bunu biz qəbul edirikmi?

Kim deyər ki, mən xoşbəxtəm, çünki mazoxistəm?!

Ya bu gün birini şərləyib evini yıxdım deyə, çox xoşbəxtəm fikrini kimsə dilinə gətirməz.

Başqalarının qeybətini etməkdən hədsiz zövq alıram deyən də tapılmaz.

Bəs hansısa müəllimin tələbəsini təhqir etməklə, müdirin işçisini alçaltmaqla xoşbəxt olduğunu eşitmisinizmi? Əlbəttə, bütün bunlar hər kəsə şamil olunmur. Ancaq, gəlin qəbul edək ki, bəzən bizi xoşbəxt edən şeyləri heç kimə demirik, içimizdə gizli qalır.

Biz müəyyən qəlibə sığmış xoşbəxtlik etalonlarını öz həyatımızda axtarırıq. Əgər o etalondan heç olmasa biri varsa, demək biz də başqaları kimi xoşbəxtik. Biz ancaq başqalarını təqlid edirik. İnanın, onlar da başqa birilərini təqlid edirlər. Birinin övladı, ailəsi varsa, xoşbəxtdir, digərinin bahalı maşını, başqasının yüksək gəlirli işi, vəzifəsi varsa, ya da biri çox gözəldirsə, deməli xoşbəxtdir… Biz də o saat özümüzdə həmin o amilləri axtarırıq, qururuq, ancaq o amillərə çatdıqdan sonra anlayırıq ki, xoşbəxtlik bu deyilmiş…

Xoşbəxtlik içimizdədir. Buraxın özünüzü, sizi nə xoşbəxt edirsə, onu yaşayın. Pisi, yaxşısı yoxdur. Bu, sizsiniz içinizdəki “mən”.

Xumar Şahin
İnterpress.az