Slovakiyada növbədənkənar parlament seçkiləri sentyabrın 30-da keçiriləcəkbackend

Slovakiyada növbədənkənar parlament seçkiləri sentyabrın 30-da keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Slovakiyada növbədənkənar parlament seçkiləri 2023-cü il sentyabrın 30-da keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə “Pravda” xəbər portalı ölkənin baş naziri vəzifəsini icra edən Eduard Heqerə istinadən məlumat yayıb.

Slovakiya Milli Şurasında (parlament – Red) çoxluğa sahib olan liberal partiyaların liderləri seçkilərin vaxtı ilə bağlı razılığa gəliblər. Əvvəllər onlar ölkənin hökumət koalisiyasını təşkil edirdilər, lakin bir neçə ay əvvəl əhəmiyyətli fikir ayrılıqlarına görə əməkdaşlığı dayandırıblar.

Nəticədə, ötən il dekabrın 15-də parlament Nazirlər Kabinetinə etimadsızlıq səsverməsi qəbul edib.

Liberal partiyaların liderləri növbədənkənar parlament seçkilərinin keçirilməsini təmin etmək üçün milli qanunvericiliyə lazımi dəyişikliklərin edilməsi barədə də razılığa gəliblər. Dəyişikliklər Milli Şuranın hazırkı tərkibinin vaxtından əvvəl buraxılmasına aid olacaq.

Qeyd edək ki, Slovakiyada növbəti parlament seçkiləri 2024-cü ilin fevralında keçirilməli idi.