SOCAR -ın vitse prezidentinin konsul oğlu deputata qarşı-İDDİAbackend

SOCAR -ın vitse prezidentinin konsul oğlu deputata qarşı-İDDİA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi ötən ilin noyabrında Şamaxı şəhərində Ukraynanın Fəxri konsulluğu fəaliyyətə başlayıb. Səs-küylü və təntənəli mərasimlə işə başlayan Fəxri Konsulluğa adı Azərbaycan ictimaiyyətinə tanış olmayan Mehralı Qasımov Fəxri Konsul təyin edilib.

Bu barədə Diasporpress.az-da məlumat yayımlandıqdan sonra Mehralı Qasımov “sifarişçi” axtarışına çıxaraq məlumatın yaxın çevrəsi tərəfindən yayımlanmasından şübhələnir. Digər bir məlumata görə isə o, öz çevrəsinə bu məlumatların Milli Məclisin deputatı Rüfət Quliyev tərəfindən mətbuata ötürüldüyü iddiasındadır.

Qeyd edək ki, M.Qasımov SOCAR-ın vitse-prezidenti Süleyman Qasımovun oğludur. Ukraynada fəaliyyət göstərən “SOCAR Energy” şirkətində işləyib. Hazırda atasının biznes inperiyasına rəhbərlik edir.

Səslənən iddialarla bağlı Şamaxı şəhərində Ukraynanın Fəxri konsulluğunun da mövqeyini dərc edə bilərik.