“Şokdayam!”: Paşinyan “Ararat sement zavodu”nun fəaliyyətini rəzalət ADLANDIRDI — VİDEObackend

“Şokdayam!”: Paşinyan “Ararat sement zavodu”nun fəaliyyətini rəzalət ADLANDIRDI — VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nikol Paşinyan Qaqik Tsarukyana məxsus zavodu sərt tənqid edib.

İnterpress.аz xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Ermənistanın Baş naziri Nikol Paşinyan həbsdə olan iş adamı və müxalifət lideri Qaqik Tsarukyana məxsus “Ararat sement zavodu”nu son dərəcə sərt şəkildə tənqid edib.

Dövlət başçısı sənaye müəssisəsinin havadan çəkilmiş görüntülərini izlədikdən sonra şoka düşdüyünü gizlətməyib.

“Ararat sement zavodu”nun havadan çəkilmiş kadrlarını göstərirlər, mən şokdayam! Bura məgər XXI əsrin zavodudur? Bura sənaye müəssisəsi yox, talan və qarət obyektinə bənzəyir”, – Paşinyan kəskin etirazını bildirib.

Baş nazir daha əvvəl bu məsələni şəxsən Tsarukyanın öz diqqətinə çatdırdığını da qeyd edib:

“Mən bir dəfə cənab Tsarukyana bunun rüsvayçılıq olduğunu, müəssisənin giriş hissəsinin daxmanı xatırlatdığını və orada qayda-qanun yaratmağın vacibliyini bildirmişdim”.

Xuraman Etibarlı

İnterpress.аz